Azərbaycan hansı əraziləri işğaldan azad edib? - Erməni nəşri + FOTO

Oxunma sayı: 217
15-09-2022, 21:56

Azərbaycan hansı əraziləri işğaldan azad edib? - Erməni nəşri + FOTO
Ermənistanın "Hayaliq" nəşri açıq mənbələrin monitorinqinə istinadən yazır ki, Azərbaycan Ordusu 12 sentyabrdan sonra qeyd olunan istiqamətlər üzrə nəzarəti bərpa edib:



1. Geqarkunik (Göyçə mahalı) bölgəsində 25 kv.km;



2. Axpradzor (Yuxarı Zağalı) istiqamətində 4,5 km irəliləyərək Xorapor dağına (2906 metr) çatıb;



3. Verin Şorja (Yuxarı Şorca) istiqamətində 8 km. irəliləyərək, Çermakakar (2747 metr), Uxtasar (2851 metr) və 2484 metr adsız yüksəkliklərə nəzarəti bərpa edib;



4. Norabak (Əzizli) istiqamətində 7 km irəliləyərək 2338,6 metr hündürlüyü olan adsız yüksəkliyə nəzarəti bərpa edib.



Nəşr iddia edir ki, son 2 ildə Azərbaycan Ordusu Ermənistan ərazisinin ümumilikdə 150 km²-ə yaxınını, yəni 15 min hektarlıq ərazini ələ keçirib.

Paylaş
Xəbər lentİ