Qondarma respublikanın “baş prokuror"u kabinetində öldürüldü - ŞOK HÜCUM / VİDEO

Oxunma sayı: 190
17-09-2022, 02:04

Qondarma respublikanın “baş prokuror"u kabinetində öldürüldü - ŞOK HÜCUM / VİDEO
Qondarma Luqansk Xalq Respublikasının “baş prokuror”u Sergey Qorenko “Baş Prokurorluğ”un inzibati binasındakı partlayışda ölüb.

Arasdırma.info xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, “baş prokuror” Sergey Qorenko ilə yanaşı onun müavini Yekaterina Steqlenko da öldürülüb. Məlumata görə, partlayış Qorenkonun kabinetində olub.
Qondarma respublikanın “Daxili İşlər Nazirliyi” məlumatları təsdiqləyib. Hücumun detalları və hansı qüvvələr tərəfindən təşkil olunduğu məlum deyil.

Paylaş
Xəbər lentİ