Rusiya prezidenti Vladimir Putin Prezident yanında İnsan Haqları Şurasının üzvləri ilə görüşündə ölkədə ölüm hökmünün qaytarılması məsələsində mövqeyinin dəyişmədiyini bildirib.
Arasdırma.info 32gun.az-a istinadən xəbər verir ki, Putin ölüm hökmünə qarşı olduğunu açıqlayıb.
Rusiya lideri xatırladıb ki, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin edam cəzasının qaytarılması üçün Rusiyanın Konstitusiyanı dəyişdirməli olduğunu deyib.
Qeyd edək ki, Rusiya Federasiyasında ölüm cəzası 1997-ci il aprelin 16-dan etibarən tətbiq edilmir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70