Saakaşvili tanınmaz halda — Müalicə aldığı xəstəxanadan FOTOLARI

Oxunma sayı: 183
10-12-2022, 09:28

Saakaşvili tanınmaz halda — Müalicə aldığı xəstəxanadan FOTOLARI
Hazırda “Vivamed” klinikasında müalicəsi davam edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son görüntüləri yayılıb.

Arasdırma.info xəbər verir ki, fotoda Saakaşvilinin həddən artıq arıqladığı görünür.

Qeyd edək ki, beynəlxalq həkimlər Saakaşvilinin qanında zəhərlənmə aşkarlayıblar. Hazırda onun yeriyə bilmədiyi, xəstəliyinin ölümünə səbəb ola biləcəyi iddiaları var.

Saakaşvilinin vəkili 1 dekabrda onun səhhəti ilə bağlı həbsdən azad edilməsi üçün şikayət verib. Ötən gün keçirilməli olan proses Saakaşvilinin məhkəmə zalına gələ bilməməsi səbəbindən 14 dekabra təxirə salınıb.//Axar.az

Saakaşvili tanınmaz halda — Müalicə aldığı xəstəxanadan FOTOLARI
Saakaşvili tanınmaz halda — Müalicə aldığı xəstəxanadan FOTOLARI

Paylaş
Xəbər lentİ