Azərforum.com saytının “Azad İran” “Telegram” kanalına istinadən məlumatına görə, İranda SEPAH komandiri Mohsen Dalvənd bir qrup etirazçı tərəfindən güllələnərək öldürülüb.
Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.
Bildirilir ki, Dalvənd Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərindəki hərbi birləşmənin kəşfiyyat bölməsinin rəisi olub.
Kanalın bir neçə saat öncə əldə etdiyi məlumata görə, onun dörd mühafizəçisinə də atəş açılıb. Yaralılar ağır vəziyyətdə Urmiya şəhər xəstəxanasına yerləşdiriliblər.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70