Pilot və şoumen Ken Blok qəzada həlak oldu - VİDEO

Oxunma sayı: 189
3-01-2023, 10:23

Pilot və şoumen Ken Blok qəzada həlak oldu - VİDEO
Amerikalı pilot və şoumen Ken Blok 55 yaşında faciəli şəkildə ölüb.

Bu barədə “Hoonigan Racing Division” yarış komandası məlumat verib.

Blok ABŞ-nin Yuta ştatında qar motosikleti ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsi onun üstünə aşıb və dünyasını dəyişib.

Ken Blok idman və skeytbord ayaqqabıları şirkəti “DC Shoes”un yaradıcılarından biridir.

O, 40 yaşından başlayaraq “Vermont SportsCar” komandası ilə yarışlara qatılıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ