Şimali Koreyada edam səbəbləri - Çox seriala baxmaq və...

Oxunma sayı: 184
7-01-2023, 00:20

Şimali Koreyada edam səbəbləri - Çox seriala baxmaq və...
Şimali Koreyada insanların edam edilməsi bir çox səbəblərdən qaynaqlanır.

Arasdırma.info Azad Asiya Radiosuna (RFA) istinadən xəbər verir ki, həmin edamların əsas səbəblərindən biri də ölkədə Cənubi Koreyaya olan maraqdan qaynaqlanır.

Belə ki, ötən ay Cənubi Koreya seriallarına baxdıqlarına görə, 3 şagird edam edilib.

Həmçinin, Şimali Koreyada 4 şagird çoxlu xarici seriallara baxdıqları üçün məktəbdən qovulub və mədəndə işləmək məcburiyyətində qalıb.

Bundan əlavə, tələbələr Cənubi Koreya xalqına aid sözlərdən istifadə etdikləri üçün edama məhkum ediliblər.

“Squid Game” və “Crash Landing on You” kimi məşhur Cənubi Koreya serialları USB disklərdə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir və ona baxmaq da insanların ölümünə səbəb ola bilər.

Qeyd edək ki, Şimali Koreya 2020-ci ilin dekabrında Cənubi Koreya üslubunda yazan və ya oxuyan insanları cəzalandıran qanun qəbul edib.

Qanuna görə, xarici media məzmununu ölkəyə gətirən və yayanları da ölüm cəzası gözləyir.//Qafqazinfo

Paylaş
Xəbər lentİ