Amerikanın əczaçılıq şirkəti "Viatris" Rusiyada "Viaqra"nın (erektil disfunksiyanın müalicəsi üçün dərman) satışını dayandırdığını açıqlayıb.
Arasdırma.info xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sildenafil aktiv kimyəvi maddəsi ilə müvafiq preparatın istehsalı üçün texnoloji imkan təmin edilib.
Bu maddə əsasında hazırlanan preparatlar da başqa şirkətlər tərəfindən istehsal olunur. Dərman Vasitələrinin Dövlət Reyestrinə əsasən, Rusiyada bu təsiredici maddə olan dərmanlar üçün 40-dan çox qeydiyyat şəhadətnaməsi verilib.
Nazirlikdən bildirilib ki, Rusiyada sildenafil istehsal edən səkkiz şirkət var və bu dərmanlar apteklərdə mövcuddur.//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70