İranın Qeşm adasında şəriət qaydalarının pozulması səbəbindən kruiz gəmisinin fəaliyyəti qadağan edilib.
Arasdırma.info axar.az-a xəbər verir ki, bu barədə Qeşm adasının prokuroru Ümid Məhdəvi Məcid açıqlamasında deyib.
"Kruiz gəmisi ölkə qanunlarına və şəriət qaydalarına zidd olaraq qadın və kişi turistlərə bir yerdə, qeyri-normativ şəkildə dəniz əyləncəsi təşkil etdiyi üçün müsadirə olunub”, - Məcid bildirib.
Qeyd edək ki, İranda etiraz aksiyalarının səngiməsindən sonra məcburi hicab qaydalarına riayət edilməməsi səbəbindən yüzlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70