Pakistanın keçmiş baş naziri İmran Xan girov müqabilində iki həftəlik azadlığa çıxıb.
Arasdırma.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Ali Məhkəməsi həbsi qanunsuz hesab edərək, onun həbsdən azad edilməsinə qərar verib.
Xatırladaq ki, Pakistanın keçmiş baş naziri çərşənbə axşamı korrupsiya ittihamı ilə həbs olunub.
Bundan sonra ölkə daxilində ən azı 10 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən toqquşmalar baş verib.//yeniavaz
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70