Gürcüstanın aviaşirkəti prezidenti öz təyyarələrinə buraxmır

Oxunma sayı: 161
21-05-2023, 16:39

Gürcüstanın aviaşirkəti prezidenti öz təyyarələrinə buraxmır
Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” ölkə Prezidenti Salome Zurabişvilini şirkəti boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu təyyarəyə buraxmayacaq.
Arasdırma.info xəbər verir ki, bu barədə Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvilinin yaydığı bəyanatda deyilib.
“Xanım Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz onu gürcü xalqından üzr istəyənə qədər persona non qrata elan edirik, onu təyyarəyə buraxmayacağıq”, - bəyanatda bildirilib.//yeniavaz

Paylaş
Xəbər lentİ