Gürcüstanda qatar aşdı - 1 azərbaycanlı öldü, 3-ü yaralandı

Oxunma sayı: 181
28-05-2023, 02:11

Gürcüstanda qatar aşdı - 1 azərbaycanlı öldü, 3-ü yaralandı
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.
Arasdırma.info APA-ya istinadən xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.
Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.
Faktla əlaqədar cinayət işi açılıb.

Paylaş
Xəbər lentİ