Yunanıstanda parlament buraxıldı

Oxunma sayı: 175
30-05-2023, 07:11

Yunanıstanda parlament buraxıldı
Yunanıstanda parlament buraxılıb.

Bu qərar Yunanıstan Prezidenti Katerina Sakellaropulunun fərmanı əsasında, iyunun 25-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar verilib.

Sənəd hökumət qəzetində dərc olunub.

Ənənəyə uyğun olaraq, parlamentin buraxılması və iyunun 25-nə seçkilərin təyin edilməsi haqqında prezidentin sərəncamı da ali qanunvericil orqanın təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən saat 16:00-da parlamentin əsas girişinin qapısındakı xüsusi elanlar lövhəsində yerləşdirilib.
Sərəncamda o da qeyd olunub ki, iyunun 25-də keçiriləcək seçkilərin yekunu üzrə seçiləcək yeni parlament iyulun 3-də saat 11:00-da, yeni deputatların andiçmə mərasimi zamanı çağırılacaq.//Cahantv.az

Paylaş
Xəbər lentİ