Saxta sənədlə polis işləyən Azərbaycan vətəndaşı tutuldu

Oxunma sayı: 166
9-06-2023, 02:07

Saxta sənədlə polis işləyən Azərbaycan vətəndaşı tutuldu
Moskvada Azərbaycan vətəndaşı saxlanılıb.
Arasdırma.info Rusiya KİV-ə istinadla bildirilir ki, o, saxta Rusiya pasportu alaraq, bir neçə il polis işləməkdə şübhəli bilinir.

Məlumata görə, 35 yaşlı kişi Gəncə şəhərindən Moskvaya köçüb.

2007-ci ildə o, Rusiya pasportu alıb və Solntsevo ərazisində yaşamaq üçün müraciət edib.

Bundan əlavə, 2014-cü ildə kişi Vnukovo hava limanında yerləşən polis bölməsində işə düzəlib.

Ona baş serjant rütbəsi verilib və 2022-ci ilin oktyabrında əməliyyatçı vəzifəsini tutub.
Məlumata görə, 35 yaşlı kişi Gəncə şəhərindən Moskvaya köçüb.


Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.

Hazırda azərbaycanlının işlədiyi polis idarəsində yoxlama aparılır.//oxu24

Paylaş
Xəbər lentİ