Parisdə insanlarla siçovulların döyüşündə siçovullar qalib gəldi

Oxunma sayı: 172
15-06-2023, 00:05

Parisdə insanlarla siçovulların döyüşündə siçovullar qalib gəldi
Paris meri Anne Hidalqo insanlarla siçovulların birlikdə harmoniyada yaşayacağını araşdırmaq üçün komitə yaratmaq istədiyini bildirib.


Arasdırma.info xarici KİV-ə istinadən xəbər verir ki, Parisdəki siçanların sayının insanların sayından təxminən üç dəfə çox olduğu düşünülür.
Beləki, Paris bələdiyyəsi sayı 6 milyona çatan siçovullarla birlikdə yaşamağın yollarını axtarmaq qərarına gəlib.
Paris Bələdiyyəsinin ictimai səhiyyə üzrə vitse-prezidenti Anne Souyris bildirib ki, merimizin rəhbərliyi altında siçovullarla ortaq yaşamı araşdırmaq üçün bir komitə yaradacağıq. Komitə parislilərin siçovullarla birgə yaşamasının yolunu tapacaq.
Paris Bələdiyyəsinin 2017-ci ildə siçovullarla mübarizə üçün hava keçirməyən zibil qutularına və minlərlə əraziya buraxılan siçovul zəhərinə 1,8 milyon dollar maliyyə vəsaiti xərclədiyini açıqlayıb.
Paris merinin bu planını tənqid edənlərlə yanaşı qərarın gəmiricilərlə mübarizədə effektli olacağını düşünənlər də var. Bəzi heyvan hüquqları qrupları isə yeni planı alqışladıqlarını bildiriblər.
Qeyd edək ki, siçovullar 14-cü əsrdə vəba xəstəliyinin yayılmasının səbəbkarı kimi görülürdülər. Lakin 1870-71-ci illərdə siçovullar Fransa-Prussiya müharibəsi zamanı şəhər sakinlərinin aclıqdan ölməsinin qarşısını almışdı.//bakupost

Paylaş
Xəbər lentİ