Lukaşenko hökuməti istefa ilə HƏDƏLƏDİ

Oxunma sayı: 176
22-06-2023, 21:36

Lukaşenko hökuməti istefa ilə HƏDƏLƏDİ
"İlin sonuna kimi iqtisadi artımın proqnoz göstəriciləri yerinə yetirilməsə, hökuməti istefaya göndərəcəm".

Arasdırma.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Nazirlər Kabinetinin iclasından deyib.

O, baş nazir Roman Qolovçenkoya müraciət edərək bildirib ki, hədəflərə çatmazsa inciməsin:

"Bu il hədəflərə çatmasanız, siz və Baş nazirin birinci müavini istefa verəcəksiniz".

İclasda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Belarusda ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artıb. Lukashenka bunu hətta yarım il ərzində "zəif başlanğıc" adlandırıb.

Qeyd edək ki, bu ilin yanvar ayında məlumat verilmişdi ki, 2022-ci ilin 11 ayı ərzində respublikanın ÜDM-i 7 faiz artaraq 107 faizi ötüb.//publika

Paylaş
Xəbər lentİ