Liviya ilə İran arasında 17 ildə ilk!

Oxunma sayı: 173
27-07-2023, 08:34

Liviya ilə İran arasında 17 ildə ilk!
Liviya xarici işlər naziri Necla Manquş Liviyadan İrana 17 ildən sonra Xarici İşlər Nazirliyi səviyyəsində ilk səfərini edib.
Arasdırma.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, Liviyanın xarici işlər naziri Mənquş və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında İranın paytaxtı Tehranda “ikitərəfli əlaqələr və regional məsələləri” müzakirə etdikləri bildirilib.
Qurani-Kərimə qarşı edilən hücumlar qınanaraq, bu mövzuda İslam ölkələri arasında birlik və həmrəyliyin vacibliyinə diqqət çəkilib.
İranın xarici işlər naziri Abdullahiyan sosial media hesabından verdiyi açıqlamada, “ Liviya ilə iqtisadiyyat , ticarət, texnologiya və mədəniyyət sahələrində əməkdaşlıq müqavilələri imzaladıq. Liviyada təhlükəsizliyin və işğalların təmin edilməsindən məmnunuq. Biz iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək istəyirik”, – deyə o bildirib.//elchi.az

Paylaş
Xəbər lentİ