Moskvanın Savelovsk məhkəməsi azərbaycanlı jurnalist, "Что? Где? Когда?" televiziya şousunun keçmiş iştirakçısı Rövşən Əsgərovu 40 min rubl (təxminən 700 manat) məbləğində cərimə edib.
Arasdırma.info xəbər verir ki,Axşam.az-ın məlumatına görə, bu barədə TASS-a məhkəmədən məlumat verilib. Bildirilib ki, Rövşən xarici agent qaydalarını pozmaqda ittiham olunur.
Xatırladaq ki, daha əvvəl Rusiya Ədliyyə Nazirliyi jurnalistiin adını xarici agentlərin siyahısına salıb.
Qeyd edək ki, ötən ilin mayında Rövşən Əsgərov barədə Rusiyada qiyabi həbs qərarı çıxarılmışdı. O, feysbuk hesabındakı paylaşımlarda nasizmi reabilitasiya etməkdə ittiham olunur
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70