
Türkiyənin qərbində 4,6 bal gücündə zəlzələ baş verib.
 
Arasdırma.info xəbər verir ki,bu barədə Türkiyə mətbuatı məlumat verib.
TRT-nin məlumatına görə, zəlzələ ölkənin qərbində, Çanaqqala vilayətində baş verib.
 
Zəlzələ Beypınar kəndi yaxınlığında qeydə alınıb, ocağı təxminən 7 kilometr dərinlikdə olub.
 
Eyni zamanda, Kandilli Rəsədxanasının seysmoloqları zəlzələnin maqnitudasını 4,5 bal qiymətləndiriblər.
 
Hadisə nəticəsində dağıntılar barədə məlumatın olmadığı bildirilir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70