![]()
3 yanvar Trampın sevimli günüdür: 3 yanvar 2020-ci ildə Qasım Süleymanı, düz 6 ildən sonra isə Maduro...
Arasdırma.org xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores yanvarın 3-ü hərbi əməliyyatlar nəticəsində ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və ölkədən çıxarılıb. Tramp bu addımı "fövqəladə hərbi əməliyyat" kimi təqdim edib, ABŞ-nin Venesuela əməliyyatını isə "Gecəyarısı çəkici" adlandırıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru Qasım Süleymani də 3 yanvar 2020-ci ildə ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən Bağdad aeroportunda həyata keçirilən əməliyyat nəticəsində öldürülüb.//bakupost
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70