![]()
Xəbər verdiyimiz kimi, Vaşinqtonda keçirilən Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyi bu il ciddi təhlükəsizlik insidenti ilə yadda qaldı. ABŞ prezidenti Donald Tramp və administrasiya üzvlərinin iştirak etdiyi tədbirdə silahlı hücum cəhdinin qarşısı son anda alınıb.
Arasdırma.org xəbər verir ki, hadisə həm təhlükəsizlik protokolları, həm də təşkilati boşluqlar baxımından geniş müzakirələrə səbəb olub.
ABŞ mediasının məlumatına görə, şübhəli 31 yaşlı Koul Tomas Allenin qaldığı otel otağında hücum planını əks etdirən qeydlər aşkar edilib. Qeydlərdə birbaşa Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinin hədəf alındığı, hücumun ideoloji və dini motivlərlə əsaslandırıldığı bildirilib.
Məlumata əsasən, Allen hadisədən əvvəl ailə üzvlərinə göndərdiyi mesajlarda siyasi qəzəbini ifadə edib və “bağışlanma gözləmədiyini” qeyd edib. Onun son dövrlərdə radikal fikirlərə meyil etdiyi, silah əldə etdiyi və atıcılıq təlimləri keçdiyi də iddia olunur.//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70