Əli Kərimli və Məmməd İbrahim "Ramiz Mehdiyev işi" üzrə istintaqa cəlb edildilər

Oxunma sayı: 25
30-11-2025, 21:35

Əli Kərimli və Məmməd İbrahim "Ramiz Mehdiyev işi" üzrə istintaqa cəlb edildilər
Ötən gün AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.

Arasdırma.org xəbər verir ki, Cahantv.az-ın xəbərində görə, bu gün isə məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.

.
Hələlik onlara ittiham elan olunmayıb.

Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Paylaş
Xəbər lentİ