Bakı Nəqliyyat Agentliyi bu gün axşam Sabunçuda baş vermiş avtobus qəzası barədə məlumat yayıb.
Arasdırma.info xəbər verir ki, məlumatda deyilir: "04 mart 2022-ci il saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakl ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. Sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb".//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70