"Siyəzən Broyler"də YANĞIN olub.

Oxunma sayı: 208
13-03-2022, 20:16

"Siyəzən Broyler"də YANĞIN olub.
"Siyəzən Broyler" ASC-nin ərazisində yanğın olub.

Bu barədə Gundem.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ASC-nin ərazisində ümumi sahəsi 1096 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 548 m² sahədə, içərisində elektrik naqilləri 820 p.m, 12 ədəd mühərrik və havalandırma qurğusu, 1070 ədəd plastik su və yem qabı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş
Xəbər lentİ