SON DƏQİQƏ
Hadisə

Partlayışda yaralananlardan daha biri vəfat etdi

Partlayışda yaralananlardan daha biri vəfat etdi
Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.


Arasdırma.info xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə bu gün günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Mərhum gecə klubunda ofisiant işləyirmiş.

Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.//axsam.az
REKLAM · 728 × 90