“Kirayə ev” elanları ilə tələbələri aldadan şəxs saxlanıldı

Oxunma sayı: 209
27-09-2022, 23:22

“Kirayə ev” elanları ilə tələbələri aldadan şəxs saxlanıldı
Bakıda “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
“Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”,- DİN-in məlumatında qeyd olunub.//Cahantv.az

Paylaş
Xəbər lentİ