Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi: Əri saxlanıldı/

Oxunma sayı: 177
15-01-2023, 22:43

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi: Əri saxlanıldı/
Yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Arasdırma.info xəbər verir ki,DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev tədbirlərlə saxlanıldı.

Araşdırma aparılır.

Paylaş
Xəbər lentİ