Şəki Ağır Cinayətlər Məhkəməsində 2015-ci il təvəllüdlü Gülər Babayevaya təcavüz edən 1979-cu il təvəllüdlü Babək Qarayevə (ad və soyadlar şərti verilib) hökm oxunub.
Arasdırma.info xəbər verir ki, hökmə əsasən, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin iyunun 1-də baş verib. Məlum olub ki, Babək 7 yaşlı Güləri alça yığmaq bəhanəsi ilə evlərinə dəvət edib, sellofan torbaya bir qədər alça yığdıqdan sonra evdə çay içməyi təklif edib. O azyaşlını evin yataq otağına aparıb və orada zorakılıq gösətərək ona qarşı seksual xarakterli hərəkətlər edib. Hadisədən sonra azyaşlı qız evlərinə gedib və bu barədə anasına danışıb. Ailə polisə müraciət edib.//7nevs
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70