Azərbaycanda tükürpədici hadisə: Quduzlaşmış it bir nəfəri öldürdü,iki nəfəri yaraladı

Oxunma sayı: 185
25-02-2023, 20:38

Azərbaycanda tükürpədici hadisə: Quduzlaşmış it bir nəfəri öldürdü,iki nəfəri yaraladı
Masallıda iki it üç nəfərə hücum edib. Onlardan biri dünyasını dəyişib, digər iki nəfər isə mərkəzi xəstəxanaya çatdırılıb.

Hadisə Masallı rayonunun Viləş kəndi ərazisində baş verib. Viləş kənd sakini 47 yaşlı Ceyhun Fərəcov qoyun otarmaq üçün örüşə gedərkən iki itin hücumuna məruz qalıb. İtlər onun bədəninin müxtəlif nahiyələrindən dişləyiblər. Ceyhun Fərəcov aldığı xəsarətlərdən ölüb.

Sonra itlər Ceyhuna köməyə gedən Musa Kazımova hücüm ediblər. Bu zaman Musa tanışı Elməddinə zəng edib və itlərin hücumuna məruz qaldığını ona deyib. Sükan arxasında olan Elməddin maşını deyilən istiqamətə sürüb və əlində olan kiçik bıçaqla Musaya kömək etməyə çalışıb.

Hər iki yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxananın poliklinika şöbəsindən bildirdilər ki, yaralılar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ