Binədə sexdə 2 nəfər yanaraq öldü

Oxunma sayı: 190
11-04-2023, 01:17

Binədə sexdə 2 nəfər yanaraq öldü
Paytaxt Bakıda masa və oturacaqların hazırlanması sexində gözlənilmədən yanğın olub.

Arasdırma.info xəbər verir ki, hadisə zamanı sexdə olan iki nəfər yanaraq ölüb. Faciəvi hadisə paytaxtın Suraxanı rayonu Binə qəsəbəsində baş verib.

Hadisə Südçülük savxozu kimi tanınan ərazidə İsgəndər Əsgərova məxsus dəmir masa və oturacaqların hazırlanması sexində olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sexin otaqlarından birinin dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Nazirlikdən verilən məlumata görə, onlar, 42 yaşlı İftixar Əkbərov və 32 yaşlı Valid Bəylərovdur.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər ərazilərə keçməsinin qarşısını alıblar. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumatlara görə, hadisə baş verən zaman mühafizəçi giriş qapının yanında, mühafizə otağında yatılı olub. Sexin sahibi deyir ki, ona təxminən 10 min manata yaxın zərər dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir://xezerxeber

Paylaş
Xəbər lentİ