Azərbaycanda “BMW” və “Porsche”ni yandıran şəxs saxlanıldı - FOTO

Oxunma sayı: 175
12-04-2023, 08:57

Azərbaycanda “BMW” və “Porsche”ni yandıran şəxs saxlanıldı - FOTO

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Porsche markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

"Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb.


Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə E.Qasımov bildirib.

Paylaş
Xəbər lentİ