Bakıda gözəllik salonunda törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Oxunma sayı: 168
14-04-2023, 00:09

Bakıda gözəllik salonunda törədilən qətlin TƏFƏRRÜATI - VİDEO
Bakıda 37 yaşlı qadın qətlə yetirilib.

Arasdırma.info Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Gözəllik salonunda işləyən Aygün Yusifova öldürülüb.

Yaxınlıqda yaşayanlar deyirlər ki, qətlə yetirilən qadın gözəllik salonunda dırnaq ustası kimi çalışırmış. Onun 2 övladı olduğu bildirilir.
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

Paylaş
Xəbər lentİ