Bakıda kişini öldürüb qaçan tutuldu

Oxunma sayı: 181
24-04-2023, 21:49

Bakıda kişini öldürüb qaçan tutuldu
Bakıda qətl törədən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.


Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 23-ü saat 20 radələrində paytaxtın Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 41 yaşlı Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş
Xəbər lentİ