Bakıda mənzildən meyitləri tapılan qardaşların ölüm səbəbi bəlli olub

Oxunma sayı: 169
22-07-2023, 21:01

Bakıda mənzildən meyitləri tapılan qardaşların ölüm səbəbi bəlli olub
Bakıda evdən meyiti tapılan iki qardaşın ölüm səbəbi məlum olub.

Arasdırma.info xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində evdə ölən 52 yaşlı Əli Həsənov və qardaşı 55 yaşlı Rəhman Həsənovun narkotik qəbulu səbəbindən ölməsi müəyyənləşib.

Aparılan ilkin ekspertiza nəticəsində onların bədənində iynə izləri aşkar edilib.

Hər iki şəxsin dozadan artıq narkotik səbəbindən ölməsi ehtimal edilir.

Araşdırmalar davam etdirilir.

Paylaş
Xəbər lentİ