Daxili İşlər Nazirliyi bu gecə Qarabağda şəhid olan polis əməkdaşlarının fotosunu yayıb.
Arasdırma.info Nazirliyə istinadla həmin polislərin fotosunu təqdim edir:
Qeyd edək ki, Füzulidə ağır yol qəzası zamanı 3 polis əməkdaşı həlak olub, 6-ı yaralanıb. Səhər saatlarında isə Xocavənd rayonunun Tağaverd kəndində ermənilərin mina terroru nəticəsində 4 polis əməkdaşı həlak olub.
Məlumata görə Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub. Saat 04:30 radələrində DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
Beləliklə, baş vermiş qəzada 3, terrorda 4 nəfər olmaqla, ümumilikdə 7 polis əməkdaşı həlak olub.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70