15 yaşlı qızın qətlindən sonra itən Kənanın meyiti tapıldı - FOTO

Oxunma sayı: 65
7-10-2024, 21:12

15 yaşlı qızın qətlindən sonra itən Kənanın meyiti tapıldı - FOTO
Bərdədə 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb.

Arasdırma.info xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Əhmədli Kənanın meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

31 yaşlı Kənanın hansı şəraitdə kanala düşməsi, qətlə yetirilməsi və ya intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.//metbuat.az

Paylaş
Xəbər lentİ