Bakıda cəzaçəkmə müəssisəsində bina çökdü: ölü və yaralı var

Oxunma sayı: 19
2-06-2025, 08:08

Bakıda cəzaçəkmə müəssisəsində bina çökdü: ölü və yaralı var
Qaradağ rayonunda 12 saylı cəzaçəkmə müəssisəsində bina çöküb.

Arasdırma.org xəbər verir ki, bu barədə Ajans.az məlumat yayıb.

Bildirilib ki, bu gün gündüz saatlarında Ədliyyə Nazirliyinin Qaradağ rayonu 12 saylı cəzaçəkmə müəssisəsində korpuslardan biri çöküb. Hadisə zamanı məhkumlar arasında ölən və yaralananların olduğu idda edilir. Ərazidə xilasetmə işləri aparılıb.

Hadisə ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu verilib.

Paylaş
Xəbər lentİ