120 min atan şəxs tutularaq Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib

Oxunma sayı: 6
7-07-2025, 01:02

120 min atan şəxs tutularaq Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib
Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib.

Arasdırma.org xəbər verir ki, bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Elçin Bayram oğlu Təhməzovun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib. Bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərdən biri – Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Bosniya və Herseqovinadan Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.

Ədliyyə Nazirliyinin müvafiq sorğusu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

E.Təhməzov Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları Sarayevo şəhərindən ölkəyə gətirib və məhkəmənin həbs qərarına əsasən Penitensiar xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Paylaş
Xəbər lentİ