Türkiyənin tanınmış şoumeni və teleprodüseri Acun Ilıcalı İngiltərənin futbol klubu “Hall City”ni alıb.
Arasdırma.info Ölkə.Az -a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.
“İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım. Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik. “Hull City”nin “Instagram” hesabını izləməyinizi istəyirik”, - deyə o, bəyan edib.
Qeyd edək ki, prodüserin canlı yayımda etdiyi etirafdan sonra klubun “Instagram”dakı izləyicilərinin sayı 291 mindən 411 minə yüksəlib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70