Slovakiyada tarix yazan Azərbaycan millisi yarımfinalda!

Oxunma sayı: 210
10-06-2022, 08:01

Slovakiyada tarix yazan Azərbaycan millisi yarımfinalda!
Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununa çıxıb.

Arasdırma.info xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığma 1/4-də yarışa ev sahibliyi edən Slovakiya ilə qarşılaşıb.

Millimiz rəqibini Elvin Əlizadənin 42-ci dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesabı ilə yenərək yarımfinala adlayıb. Futbolçularımız son iki dəqiqəni azlıqda mübarizə aparmalı olub. Vüsal İsayev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Finala gedən yolda son rəqib Qazaxıstan millisi olacaq.

//fanat.az

Paylaş
Xəbər lentİ