Bu gün Millətlər Liqasında III tura yekun vurulub.

Oxunma sayı: 221
12-06-2022, 01:55

Bu gün Millətlər Liqasında III tura yekun vurulub.
A Liqasının 3-cü qrupunda İngiltərə evdə İtaliya ilə qolsuz, Macarıstan isə Almaniya ilə 1:1 hesablı heç-heçə edib.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində üz-üzə gəlib. Görüş nominal meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

C Liqasının 1-ci qrupunda Türkiyə yığması səfərdə Lüksemburqu da məğlub edərək, 3 oyundan 9 xalla vahid lider olub. Digər görüşdə isə Farer adaları Litvanı məğlubiyyətə uğradıb - 2:1.

Millətlər Liqası, III tur

11 iyun

A Liqası
3-cü qrup

İngiltərə - İtaliya - 0:0

Macarıstan – Almaniya - 1:1
Qollar: Jolt Nad, 6 - Yonas Hofmann, 9

Xal durumu: İtaliya – 5, Macarıstan – 4, Almaniya – 3, İngiltərə - 2.

4-cü qrup

Niderland – Polşa - 2:2
Qollar: Devi Klassen, 51. Denzel Dumfris, 54 - Metti Keş, 18. Pyotr Zelinski, 49

Uels – Belçika - 1:1
Qollar: Brennan Conson, 86 - Yuri Tilmans, 51

Xal durumu: Niderland – 7, Belçika – 4, Polşa – 4, Uels – 1.

B Liqası
1-ci qrup

Ukrayna – Ermənistan - 3:0
Qollar: Ruslan Malinovski, 61. Aleksandr Karavayev, 77. Vitali Mikolenko, 84

İrlandiya – Şotlandiya - 3:0
Qollar: Alan Braun, 20. Troy Parrott, 28. Maykl Obafemi, 51

Xal durumu: Ukrayna - 6 (2 oyuna), İrlandiya – 3, Şotlandiya – 3 (2), Ermənistan – 3.

3-cü qrup

Monteneqro - Bosniya və Herseqovina - 1:1
Qollar: Adam Maruşiç, 77 - Luka Menalo, 62

Rumıniya – Finlandiya - 1:0
Qol: Nikuşor Banku, 30

Xal durumu: Bosniya və Herseqovina – 5, Finlandiya – 4, Monteneqro – 4, Rumıniya – 3.

C Liqası
1-ci qrup

Farer adaları – Litva - 2:1
Qollar: Vilyormur Davidsen, 20 (pen.). Yakub Andreasen, 45 - Fyodor Çernıx, 6

Lüksemburq - Türkiyə - 0:2
Qollar: Hakan Çalhanoğlu, 37 (pen.). Serdar Dursun, 76

Xal durumu: Türkiyə - 9, Lüksemburq – 6, Farer adaları – 3, Litva – 0.



Paylaş
Xəbər lentİ