Avropa Liqasında pley-off cütlükləri bəlli oldu

Oxunma sayı: 191
7-11-2022, 21:04

Avropa Liqasında pley-off cütlükləri bəlli oldu
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arasdırma.info xəbər verir ki, qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış "Nant" (Fransa) "Yuventus"a rəqib olub.

"Barselona" isə "Mançester Yunayted"lə qarşılaşacaq.



UEFA Avropa Liqası

Pley-off mərhələsi

"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Yuventus" (İtaliya) - "Nant" (Fransa)

"Sportinq" (Portuqaliya) - "Midtüllan" (Danimarka)

"Şaxtyor" Donetsk (Ukrayna) - "Renn" (Fransa)

"Ayaks" (Niderland) - "Union" (Berlin, Almaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)

"Sevilya" (İspaniya) - PSV (Niderland)

"Zalsburq" (Avstriya) - "Roma" (İtaliya)

Qeyd edək ki, AL-də pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. //qol.az

Paylaş
Xəbər lentİ