Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
Arasdırma.info xəbər verir ki, Yaponiya İspaniya yığması ilə E qrupunun son turunda üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.
Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.
Almaniya millisi isə Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.
Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.
Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 3 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70