DÇ-2022: Xorvatiya Mərakeşə qalib gəldi və bürünc medalı qazanıdı.VİDEO

Oxunma sayı: 318
17-12-2022, 23:07

DÇ-2022: Xorvatiya  Mərakeşə qalib gəldi və  bürünc medalı qazanıdı.VİDEO
Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazanan komanda bəlli olub.

Arasdırma.info xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.//report

Paylaş
Xəbər lentİ