Rafael Ağayev yenə çempion oldu - FOTO

Oxunma sayı: 206
18-12-2022, 23:59

Rafael Ağayev yenə çempion oldu - FOTO
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.
Arasdırma.info xəbər verir ki,bakupost.az -ın məlumatına görə, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib.
Rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.
Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

Paylaş
Xəbər lentİ