Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Oxunma sayı: 196
16-01-2023, 21:55

Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib
Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançılara yarışlara bığ və saqqalla qatılmağa icazə verib.

Arasdırma.info xəbər verir ki,"Report"un IBA-nın rəsmi saytına istinadən məlumatına görə, boksçular yarış zamanı saqqal və bığ saxlaya biləcəklər.

Amma saqqal 10 sm-dən çox olmamalı və boyunu örtməməlidir.

Qeyd edək ki, daha əvvəl idmançıların rinqə saqqalla çıxması qadağan edilmişdi.

Paylaş
Xəbər lentİ