"Qarabağ" "Gent"i məğlub etdi

Oxunma sayı: 204
17-02-2023, 01:12

"Qarabağ" "Gent"i məğlub etdi
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunları keçirilib.

Arasdırma.info xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda Belçika "Gent"i ilə qarşılaşıb.
Ramil Şeydayev oyunun 52-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Oyun "köhlən atların" üstünlüyü şəraitində keçib. Nəticədə matçın 78-ci dəqiqəsində Leandro Andrade topu rəqib qapısından keçirib (1:0).

Oyun bu hesabla da başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.

Konfrans Liqası

Pley-off mərhələsi
İlk oyun
16 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) - 1:0
Qol: Andradi, 78

Baş hakim: Məhəmməd Əl-Hakim (İsveç)

//report

Paylaş
Xəbər lentİ