Ramil Şeydayev prezidenti erməni olan kluba keçir

Oxunma sayı: 222
25-04-2023, 23:38

Ramil Şeydayev prezidenti erməni olan kluba keçir
"Qarabağ"la yeni müqavilə imzalamayan Ramil Şeydayevin keçmək istədiyi klubun adı bəllidir.

Arasdırma.info xəbər verir ki, "Neftçi"nin də istədiyi milli üzvü Azərbaycanda qalmaqda maraqlı deyil.

Düzdür, sözügedən futbolçunun adı Macarıstan "Ferentsvaroş"u ilə də yanaşı çəkilir. Lakin Şeydayevin əsas hədəfi ona daha çox maaş verməyə hazır olan Rusiya klublarından birinə keçməkdir. Həm böyük məbləğdə qazanc, həm də ailə məsələlərinə görə qonşu ölkədə oynamaq varinatını üstün tutan ön xətt oyunçusu "Rostov"a qoşulmağa yaxındır.

Şeydayev artıq Rostov təmsilçisinin nümayəndələri ilə əlaqə saxlayıb və prezidenti erməni Artaşes Arutunyants olan klubun təklif etdiyi şərtlərdən məmnundur.(fanat.az)

Paylaş
Xəbər lentİ