“Beşiktaş” Türkiyə Kubokunun qalibi oldu

Oxunma sayı: 131
24-05-2024, 01:54

“Beşiktaş” Türkiyə Kubokunun qalibi oldu
Türkiyə Kubokunun qalibi bəlli olub.

Arasdırma.info xəbər verir ki, 34 il sonra finalda ilk dəfə "Beşiktaş" və "Trabzonspor" üz-üzə gəlib.

Gərgin mübarizədə "qara qartallar" 3:2 hesabı ilə qalib gələrək kuboka yiyələniblər. Qələbə sayəsində İstanbul klubu növbəti mövsüm UEFA Avropa Liqasında çıxış etmək hüququ əldə edib.

Qeyd edək ki, "Beşiktaş" tarixində 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.

"Trabzonspor" isə sonuncu dəfə 2019/20 mövsümündə bu mükafatı qazanıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ