SON DƏQİQƏ
İdman

“Qarabağ” turun son oyununda qalib gəldi

“Qarabağ” turun son oyununda qalib gəldi
Misli Premyer Liqasında IX tura yekun vurulub.

Arasdırma.info xəbər verir ki, son oyun günündə “Sumqayıt” və “Qarabağ” komandaları üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Elvin Cəfərquliyev vurub.

Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Zirə”ni minimal hesabla üstələyib - 1:0.

Turun daha əvvəl baş tutan qarşılaşmalarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” isə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. “Sabah” və “Araz-Naxçıvan” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Turnir cədvəlinə 21 xalla “Qarabağ” başçılıq edir. “Turan Tovuz” 18 xalla 2-ci, 17 xallı “Araz-Naxçıvan” isə 3-cü pillədə qərarlaşıb.metbuat.az
REKLAM · 728 × 90